AZ   |   RU
Azərbaycanda alkoqolizm və narkomaniya diaqnozları qoyulmuş gənclərin sayı açıqlanıb

Ötən il 14-29 yaşda gənclərin hər 100 000 nəfərindən 1-nə alkoqolizm diaqnozu, 62 nəfərinə isə narkomaniya və ya toksikomaniya diaqnozu qoyulub.

Bu barədə Missiya.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən il həyatında ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan 14-29 yaşda xəstələrin sayı 529 min nəfər və ya əhalinin hər 10 000 nəfərinə hesabı ilə 2325 nəfər olub, dispanser qeydiyyatında olan xəstələrin sayı isə əhalinin hər 10 000 nəfərinə hesabı ilə 1229,1 nəfər təşkil edib.

Ümumi xəstələnənlər arasında gənclərin xüsusi çəkisi az olsa da, bu problem ölkəmizdə hələ də mövcuddur. Belə ki, 2021-ci ildə 14-29 yaşda gənclərin 843 nəfərində aktiv vərəm, 274 nəfərində isə bədxassəli şiş xəstəliyi aşkar edilib və bu yaşda olan əhalinin hər 100 000 nəfərinə müvafiq olaraq 37 və 12 nəfər xəstə düşüb.


  • 28-09-2022, 13:58