AZ   |   RU
Anım Günü ilə əlaqədar ağacəkmə tədbiri keçirilib

Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Anım Günü ilə əlaqədar  Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.  

Missiya.AZ-ın
məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, ANAMA əməkdaşlarının, şəhid ailələrinin, müharibə iştirakçılarının, hərbçilərin iştirakı ilə keçirilən tədbirdə 1000-dən artıq Eldar şamı və zeytun ağacı əkilib.

Şəhidlərimizin əziz xatirəsi bölgələrimizdə də ağacəkmə tədbirləri ilə anılıb və hər bölgənin iqlim şəraitinə uyğun ETSN-in tinglik sahələrində yetişdirilən tinglər əkilib.

Leyla SƏMƏNDƏR
Missiya.AZ


  • 27-09-2022, 17:41