AZ   |   RU
Rusiya və İran müdafiə nazirləri Moskvada görüşüb



İranın müdafiə naziri Əziz Nəsirzadə Moskvada rusiyalı həmkarı Andrey Belousovla görüşüb, tərəflər hərbi sahədə əməkdaşlığı müzakirə ediblər. 

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.

“Görüşün məqsədi müdafiə və hərbi sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi idi”, - deyə o vurğulayıb.

Səfirin sözlərinə görə, Nəsirzadə iyulun 20-də İranın Ali Rəhbərinin müşaviri Əli Laricaninin Rusiya Prezidenti Vladimir Putinlə Kremldə görüşündə də iştirak edib.




  • Bu gün, 19:55