AZ   |   RU
"Biz birlikdə Zəngəzur məsələsini həll edəcəyik" - Ərdoğan

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətindən qayıdan zaman jurnalistlərin suallarını cavablandırıb.

Missiya.Az 
xəbər verir ki, bu barədə "STAR" məlumat yayıb.


Jurnalistlərdən biri belə bir sual ünvanlayıb: "Mən Zəngəzur dəhlizi ilə bağlı sual vermək istəyirəm. Həmin dəhlizin ABŞ-yə icarəyə verilməsi təklifi ilk dəfədir ki, səslənir. Bu barədə fikirlərinizi eşitmək istərdim".


Türkiyə lideri qeyd edib: "Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyə üçün deyil, regionun digər ölkələrinə də fayda verəcək. Biz bu xətti geoiqtisadi ölçüsünə görə son dərəcə vacib hesab edirik. Həqiqətən, bu, regionumuzdan kənarda olan regionları birləşdirəcək və ticarəti stimullaşdıracaq. Bizim əsas gözləntimiz ondan ibarətdir ki, sözügedən xəttin münaqişə mənbəyinə deyil, konsensusun simvoluna çevrilsin. Bu, regionu əməkdaşlığın üstünlük təşkil etdiyi rifahlanan əraziyə çevrilməsinə imkan verəcək. İnanıram ki, biz region ölkələri olaraq konsensus yolu ilə bu məsələni həll edə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük önəm verir. Oranı mümkün qədər tez işlətmək və ondan həm Azərbaycan, həm də region üçün istifadə etmək istəyir. İnanıram ki, biz bu məsələni birlikdə həll edəcəyik".



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 14:30