AZ   |   RU
“Qəzzanın yanında olmağa davam edəcəyik” - Türkiyə lideri

“Qəzzada xalq bu günə qədər təslim olmayıb və inanıram ki, olmayacaq”.


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zamanı deyib.


O bildirib ki, İsrail isə qudurğan canavar kimi hər yerə hücum edir və inşallah bu ambisiyanın qurbanı olacaq. 


Ərdoğan qeyd edib ki, biz Qəzzanı heç vaxt gündəmimizdən çıxarmamışıq və bunu etməyəcəyik. Bundan sonra da Qəzzanın yanında olmağa davam edəcəyik. 

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:33