AZ   |   RU
Kreml ümid edir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə çətin dövr keçəcək

Rusiya ilə Azərbaycan arasında münasibətlər çətin dövrünü yaşayır, lakin Moskva bunun bitəcəyini gözləyir.


Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


"Münasibətlərin həqiqətən də möhkəm təməli var. İki ölkənin maraqlarının üst-üstə düşməsi var, qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıq var, lakin bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə çətin dövrlər olur. İndi də belə dövrlərdən biridir. Ümid edirik ki, bu dövr keçəcək", - o, jurnalistlərə bildirib. 



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 14:45