AZ   |   RU
Rusiyada dəhşətli qəza: 14 nəfər ölüb

Rusiyanın Yakutiya vilayətində avtobusun yoldan çıxaraq 25 metr hündürlükdən aşması nəticəsində 14 nəfər ölüb.


Missiya.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər xəstəxanaya yerləşdirilib. 


Bildirilib ki, ümumilikdə avtobusda 36 nəfər olub.


Qəza Denisovski mədən-emal kompleksinin yaxınlığındakı xidməti yolda baş verib. 


Qəzanın baş vermə səbəbi hələlik açıqlanmayıb. 



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 09:35