AZ   |   RU
Səfir: Türkiyə-Azərbaycan arasındakı münasibətlər tarixin ən yüksək zirvəsini yaşayır

 

Bu gün Türkiyə-Azərbaycan arasındakı münasibətlər tarixin ən yüksək zirvəsini yaşayır.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu”unda deyib.

Onun sözlərinə görə, "Bir millət, iki dövlət" anlayışı bu gün iki ölkənin ən önəmli yoludur:

"Bu qardaşlığı öncə biz - xalqlarımız istəyir. Bugünkü qlobal hadisələrdə Türkiyə və Azərbaycanın birgə fəaliyyəti önəmlidir. İki ölkənin çox güclü təməl bağları var".

Səfir qeyd edib ki, Türkiyədə 15 İyul hadisələri, Kahramanmaraş zəlzələsi, eyni zamanda Azərbaycanın 44 günlük Vətən müharibəsində iki ölkənin bir-birinə dəstəyi ən böyük nümunə idi:

"Medianın da burada rolunu göstərmək istəyirik. İki ölkənin qardaşlığını istəyən və istəməyən qüvvələr var. Ona görə də mətbuat hər fikrinə xüsusi diqqət yetirilməlidir".




  • Bu gün, 12:08