AZ   |   RU
Klublararası dünya çempionatı: PSJ "Real Madrid"i darmadağın edərək finala çıxdı

ABŞ-də keçirilən Klublararası dünya çempionatının yarımfinal mərhələsinin ikinci matçı keçirilib.


Missiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, Nyu-Cersi şəhərinin "Metlayf" stadionunda keçirilən matçda PSJ (Fransa) və "Real Madrid" (İspaniya) komandaları qarşılaşıblar.


Görüş fransalıların qələbəsi ilə yekunlaşıb - 4:0.


Qolları dubla imza atan Ruis (6 və 24-cü dəqiqələrdə), Dembele (9) və Ramuş (87) vurublar.


Qeyd edək ki, PSJ iyulun 13-də baş tutacaq final matçında "Çelsi" ilə görüşəcək.



  • Bu gün, 01:16