AZ   |   RU
Ağdam-Füzuli yolunda mikroavtobus aşıb, 20 nəfər xəsarət alıb

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.


Bu barədə Missiya.Az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilib.


Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.


Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.



  • Bu gün, 09:09