AZ   |   RU
Türkiyəli bu məşhur 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.

Missiya.Az 
xəbər verir ki, sənətçi 100 mənzildən ibarət bina tikdirməyə başlayacaq. Bina onun Şanlıurfadakı torpağında yerləşəcək. Müğənni bildirib ki, oradan hər qızına 5 ev hədiyyə edəcək.


Məlumat üçün qeyd edək ki, Tatlısəsin İstanbul Seyrantəpədə 1,5 sot ərazidə tikilmiş kabab restoranı, kompleks daxilində üç mənzili, Sarıyerdə lüks kompleksdə villası, televiziya binası, Tatlıses Şirkətlər Qrupunun binası, geyim sexi və mağazası olduğu məlumdur.



Zərintac Mayisqızı
Missiya.Az







  • Bu gün, 14:46