Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Belçikanın paytaxtı Brüsseldə keçiriləcək görüşü region mətbuatının diqqət mərkəzindədir. Media Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə keçirlən görüşlə bağlı analizlər, siyasi analitiklər isə üçtərəfli görüşün hansı nəticələr verəcəyi barədə proqnozlar səsləndirirlər.
Missiya.Az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşrinə müsahibə verən rusiyalı politoloq Qriqori Trofimçuk üçtərəfli görüşdən heç bir nəticənin çıxmayacağını deyib.
O bildirib ki, bu görüş Qərb tərəfdaşlarının Azərbaycan və Ermənistan arasında yaşanan problemlərin həllinə siyasi və diplomatik dəstək anlamı daşıyır. Trofimçuk, avropalı siyasətçiləri də tənqid edib.
Sitat:
“Avropa İttifaqının bütün yüksək rütbəli siyasətçiləri zəif fiqurlardır, o cümlədən Brüssel danışıqlarının təşəbbüskarı Şarl Mişel. Digər tərəfdən, həm Moskva, həm də Brüssel Qarabağı Azərbaycan ərazisi kimi tanıyır”, - sitatın sonu.

Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü noyabrın 26-da Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilib. Görüşün yekun nəticəsinə aid bəyanat qəbul olunub. Bəyanatda 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində qəbul olunan qərarların qeyri-şərtsiz icra olunmasına sadiqlik bir daha təsdiqlənib. Amma görüşdən keçən müddət ərazində Ermənistan Rusiya və Azərbaycanın bütün çağırışlarına baxmayaraq, üçtərəfli görüşün müddəalarının yerinə yetirilməsi ilə bağlı heç bir addım atmayıb.
Elvin
Missiya.Az