AZ   |   RU
Peskov Azərbaycanda həbs olunan ruslarla bağlı açıqlama verdi

“Kreml Azərbaycanda saxlanılan rusların videoyazılarına diqqət yetirib və Moskva onların qanuni maraqlarını bütün mümkün vasitələrlə qoruyacaq”.


Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.


"Həqiqətən, biz bütün videoları gördük və diqqətlə izlədik. Bütün detallara diqqət etdik. Biz diplomatik kanallar vasitəsilə vətəndaşlarımızın qanuni maraqlarını qoruyacağıq və bunun üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik", - deyə siyasətçi vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 14:30