AZ   |   RU
Ermənistanın müdafiə naziri Fransa səfiri ilə regional məsələləri müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın İrəvandakı səfiri Olivye Dekotini ilə görüşüb.


Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, görüş zamanı müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.


Qeyd olunub ki, bundan əlavə Papikyanla Dekotini regional və beynəlxalq hadisələrlə bağlı məsələlər barədə də fikir mübadiləsi aparıblar.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 11:34