AZ   |   RU
İsrail Hərbi Hava Qüvvələri İranın qərbindəki hərbi hədəflərə zərbələr endirir – SON XƏBƏR


 

İsrail Müdafiə Qüvvələri qərargahından bildirilib ki,  İsrail Hərbi Hava Qüvvələri İranın qərbindəki Kirmanşahdakı hərbi obyektlərə zərbələr endirməyə başlayıb.

 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, budəfəki hücumda F16 və F35 qırıcıları iştirak edir.

 

"İsrail Hərbi Hava Qüvvələri hazırda İranın Kirmanşah şəhərindəki hərbi infrastruktur obyektlərinə zərbələr endirir", - məlumatda deyilir.

 

Elcan

Missiya.Az




  • Bu gün, 10:51