AZ   |   RU
Hörmüz boğazının bağlanması böyük təhlükədir və heç kim üçün yaxşı olmayacaq – Aİ narahatdır


 

İranın Hörmüz boğazını bağlaması böyük təhlükə olacaq, ona görə də Aİ xarici işlər nazirləri münaqişənin diplomatik yolla həlli imkanlarını müzakirə edəcəklər. 

 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu  Aİ-nin xarici işlər nazirlərinin görüşünə gələrkən Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas jurnalistlərə deyib.

 

"Aİ xarici işlər nazirləri diqqətlərini diplomatik həll yoluna yönəldiblər. Onlar xüsusilə eskalasiya təhlükəsindən narahatdırlar, bunun nəticələri böyük ola bilər, xüsusən də İran tərəfindən Hörmüz boğazının bağlanması böyük təhlükədir və heç kim üçün yaxşı olmayacaq", - o deyib.

 

Elcan

Missiya.Az




  • Bu gün, 12:47