AZ   |   RU
Ronaldo "Əl Nəsr"lə daha bir illik müqavilə imzalayacaq

Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunda çıxış edən Kriştiano Ronaldu hazırki komandası ilə daha bir illik müqavilə imzalayacaq.


Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı ulduz futbolçuya bu yay bir neçə klubdan təklif gəlib, lakin o "Əl Nəsr"lə müqaviləsini uzatmaq qərarına gəlib. 


Məlumata görə, onun hazırkı müqaviləsi iyunun 30-da başa çatacaq.


Qeyd edək ki, Ronaldu 2023-cü ilin yanvarından "Əl Nəsr"də çıxış edir və ötən mövsüm 35 qol vurub və 4 məhsuldar ötürmə edib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:30