Cümə axşamı 14 Avqust 2025 / 5:49:17
                    AZ   |   RU
Türkiyədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər - Erməni mətbuatı

Türkiyədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər.


Missiya.Az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazı dərc edib.


Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün, Ermənistanın Baş naziri Nikol Paşinyan isə sabah Türkiyəyə səfər edəcək. 


Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə tərəflər sazişin imzalanması ilə bağlı razılığa gələ bilər ki, bu da üçüncü tərəfin hərbi mövcudluğunu istisna etmək deməkdir. Yəni Rusiyanın 102-ci hərbi bazası Ermənistandan çıxarılacaq. Müqaviləyə İlham Əliyevin bütün digər tələbləri, o cümlədən 300 min azərbaycanlının Ermənistana qayıdışı planı da daxil olacaq.



Daşqın Həsənov

Missiya.Az




  • 19-06-2025, 08:37