AZ   |   RU
Rusiya ordusu Donetskdə daha iki kəndi işğal edib

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Suvorovo və Nikanorovka kəndlərini nəzarətə götürüb. 


Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, yaşayış məntəqələri “Mərkəz” qoşun qrupunun bölmələrinin fəal hərəkətləri nəticəsində nəzarətə götürülüb.


Qeyd edək ki, Rusiya ordusu Donetskdə irəliləməyə davam edir.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:01