AZ   |   RU
Tramp Putinlə ərazi bölgüsü məsələsini müzakirə etməyəcək

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada görüşəcəyi zaman hər hansı mümkün ərazi bölgüsü məsələsini müzakirə etmək niyyətində olmadığını bildirib. 


Missiya.Az “NBC News”a istinadən xəbər verir ki, bu barədə o, Avropa liderləri ilə danışığı zamanı məlumat verib. 


Tramp deyib ki, o, Ukraynada atəşkəsi təmin etmək məqsədi ilə Putinlə görüşə gedir. 


Qeyd edək ki, Tramp və Avropa liderləri sülh danışıqlarına başlamazdan əvvəl Ukraynada atəşkəsin əldə edilməsi ilə bağlı razılığa gəliblər.



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 09:29