AZ   |   RU
Paşinyan bu iclasda iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 15-də Qırğızıstanda keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək.


Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.


O Paşinyanın avqustun 12-dən 15-dək məzuniyyətdə olduğunu bildirib.


Qeyd olunub ki, Paşinyanın əvəzinə iclasda Ermənistan Baş nazirin müavini Mxer Qriqoryan iştirak edəcək.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:31