AZ   |   RU
Anar Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev iyunun 20-də Zaqatala rayonunda Zaqatala və Balakən rayonlarının sakinlərini qəbul edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Vətəndaşlar 10 - 12 iyun tarixlərində nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.




  • Dünən, 10:21