
ABŞ Prezidenti Donald Trampın administrasiyası nüvə reaktorlarının tikintisi və kritik mineralların çıxarılması üçün milyardlarla dollar xərcləməyi planlaşdırır.
Missiya.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Belə ki, Tramp administrasiyasının 2026-cı maliyyə ili üçün büdcə tələbinə əsasən, ABŞ prezidentin nüvə reaktorları, geotermal enerji və kritik mineral hasilatı üçün milyardlarla dollarlıq kreditləri maliyyələşdirmək üçün vaxtilə prezidentin 400 milyard dollarlıq “yaşıl bank”dan istifadə etməyi planlaşdırır.
Maliyyələşdirmə ilk növbədə kiçik nüvə reaktorlarının, eləcə də populyarlıq qazanmaqda çətinlik çəkən sübut olunmamış qabaqcıl nüvə reaktorlarının tikintisini dəstəkləyəcək.
Ümumilikdə, Energetika Departamenti növbəti iki maliyyə ili ərzində 67 milyard dollardan çox kredit zəmanəti və digər maliyyə vəsaiti təklif etmək istəyir və Konqresdən sözügedən kreditlərin bir hissəsinin verilməsi xərclərini ödəmək üçün təxminən 750 milyon dolları təsdiq etməyi xahiş edir.
Administrasiyanın büdcə tələbi həmçinin 2010-cu ildə "Tesla Inc"ə 465 milyon dollar kredit verən avtomobil krediti proqramından təxminən 2,3 milyard dollar geri çəkilməyi təklif edir.
Zərintac Mayisqızı
Missiya.Az