AZ   |   RU
Lerikdə yol kənarındakı istirahət mərkəzində qanunsuz tikili sökülüb

 

Lerikdə yol kənarındakı istirahət mərkəzində qanunsuz tikili sökülüb.

Bu barədə Missiya.Az-a FHN-dən məlumat verilib.

Bildirilb ki, Lerik Rayon İcra Hakimiyyəti Lənkəran-Lerik avtomobil yolunun rayon ərazisindən keçən hissəsində yol kənarında fəaliyyət göstərən “Su səsi” adlı ailəvi istirahət mərkəzində vətəndaş Tural Səyyar oğlu Hüseynovun qanunsuz tikinti işlərinin aparması faktı aşkar edilərək bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Əmlak Məsələləri Dövlət Xidməti və Lerik Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.




  • 3-06-2025, 10:33