AZ   |   RU
Qusarda Polis Akademiyasına qəbulla bağlı görüş keçirilib



Qusar rayonun 6 nömrəli məktəbində VIII-X sinif şagirdləri ilə Gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə görüş keçirilib.

Missiya.Az xəbər verir ki, tədbirdə Qusar RPŞ-nin rəisi, polis polkovniki Azər Əfəndiyev, RPŞ-nin ƏİÜ rəis müavini, polis polkovniki Ceyhun Osmanov, Polis Akademiyasının əməkdaşı polis polkovnik-leytenantı Eldəniz Kazımov və RPŞ-nin digər əməkdaşları, həmçinin müəllim və valideynlər iştirak ediblər.

Çıxış edən polis rəisi A.Əfəndiyev daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyası ilə bağlı ətraflı məlumatlar verib.

Azərbaycanın daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi, Vətənə xidmətin şərəfli olması barədə yeniyetmə və gənclərlə söhbətlər aparıb.

Daha sonra çıxış edən E.Kazımov şagirdlərə Polis Akademiyasına qəbulun şərtləri,üstünlükləri və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verib.

Görüşün sonunda dinləyicilərin sualları cavablandırılıb, eləcə də Polis Akademiyasının tədris korpusu və yataqxana kompleksindən bəhs edən video çarx nümayiş etdirilib.




  • Dünən, 11:25