AZ   |   RU
“Tehran Ermənistanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir” - Səid Xətibzadə

“İran hər hansı bir ölkənin, o cümlədən Ermənistanın ərazi bütövlüyünü və suverenliyini pozan hər hansı təşəbbüsün qəti əleyhinədir”.


Missiya.Az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə “NEWS.am”a müsahibəsi zamanı deyib.


O bildirib ki, İran Azərbaycanın, Ermənistanın və bütün region ölkələrinin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.


“Əgər dəhliz bizim regionumuzu iki və ya üç fərqli hissəyə bölən bir şey deməkdirsə və ya Ermənistan Respublikasının suverenliyinə zidd olan və ya bu regionun geosiyasi xəritəsini dəyişdirən bir şey deməkdirsə, bu, baş verə bilməyəcək”, - deyə siyasətçi vurğulayıb.


Onun sözlərinə görə, İran regionda hər hansı eskalasiyanın qarşısını almaq üçün əlindən gələni edir. 


“Biz inanırıq ki, sülh hamının axtardığı şeydir. İran həm Azərbaycan, həm də Ermənistanla əlaqə saxlamaq, inkişafın, firavanlığın, əməkdaşlığın və xüsusən də bu iki mühüm ölkə arasında münasibətlərin normallaşmasının gələcəyini təmin etmək üçün bütün imkanlarından və yaxşı işlərindən istifadə edir”, - deyə Xətibzadə əlavə edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 14:20