AZ   |   RU
“Ermənistanla Azərbaycan arasında sülh yolu ilə nizamlanma Avropaya güclü siqnal ola bilər” - Slovakiya Baş naziri

"Ermənistanla Azərbaycan arasında sülh yolu ilə nizamlanma Avropaya güclü siqnal ola bilər".


Missiya.Az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso “İrəvan dialoqu-2025” beynəlxalq konfransında çıxışı zamanı deyib.


O bildirib ki, ölkəsi bu məsələdə tərəfləri dəstəkləməyə hazırdır.


"Ermənistan Baş nazirinə Azərbaycanla yekun sülh nizamlanması səylərində göstərdiyi liderliyə görə təşəkkür etmək istəyirəm”, - deyə siyasətçi vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • 26-05-2025, 14:56