AZ   |   RU
Yardım maşınları 81 gündən sonra Qəzzaya daxil olub


Qəzzada 81 günlük blokadadan sonra ilk yardım maşınlarının bölgəyə daxil olduğu açıqlanıb.

Missiya.Az 
xəbər verir ki, bu barədə "CNNTÜRK" məlumat yayıb.

Hökumətin Qəzzadakı media ofisi, İsrailin tətbiq etdiyi 81 günlük blokadadan sonra, əksəriyyəti beynəlxalq və qeyri-hökumət təşkilatlarına ayrılan 87 yardım maşınının bölgəyə ilk dəfə daxil olduğunu açıqlayıb.

Bildirilib ki, yardımın böyük hissəsi un, əsas ərzaq və uşaqlar üçün qidaya dəstək məhsullarından ibarətdir.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 14:47