AZ   |   RU
Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı güllələnərək öldürülüb

Vaşinqtonda Yəhudi Muzeyi qarşısında İsrail səfirliyinin iki əməkdaşı güllələnərək öldürülüb. 


Missiya.Az “Haaretz” qəzetinə istinadən xəbər verir ki, həmin vaxt muzey Amerika Yəhudi Komitəsinin Gənc Diplomatlarının Qəbulunu təşkil edirdi.


Vaşinqton polis rəisi Pamela Smit bildirib ki, atışmadan sonra cinayətkar muzeyə daxil olub və təhlükəsizlik işçiləri tərəfindən saxlanılıb. 


Qeyd olunub ki, cinayəti törədən 30 yaşlı Elias Roqoqez adlı şəxsdir.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 09:47