AZ   |   RU
Azərbaycan və Pakistan korrupsiyaya qarşı mübarizə üzrə Anlaşma Memorandumu imzalayacaq

 

Pakistan Azərbaycanla korrupsiyaya qarşı mübarizə sahəsində Anlaşma Memorandumu imzalamağı planlaşdırır.

Missiya.Az report-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Milli Hesabatlılıq Bürosunun sədr müavini Sohail Nasir jurnalistlərə bildirib.

"Pakistan Azərbaycanla Anlaşma Memorandumu imzalamağa hazırdır, çünki biz korrupsiyaya qarşı mübarizədə birgə irəliləməliyik", - o qeyd edib.

Sədr müavininin sözlərinə görə, sənədin imzalanması tərəflərə seminarlar, təlim proqramı, birgə təlim təşkil etməyə imkan verəcək.

S.Nasir hesab edir ki, Azərbaycan və Pakistan bu cür əməkdaşlıqdan fayda əldə edəcək.




  • Bu gün, 14:51