AZ   |   RU
Ukraynanın F-16 döyüş təyyarəsi ilə əlaqə itib

"Ötən gecə hava hücumunu dəf etməkdə iştirak edən F-16 təyyarəsi ilə əlaqə kəsilib. Qırıcı pilot havadan atılaraq təxliyə edilib".

Missiya.Az
xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının "Facebook" səhifəsinə istinadən məlumat yayıb .


"2025-ci il mayın 16-da saat 03:30 radələrində F-16 təyyarəsi ilə əlaqə kəsilib. Ukrayna qırıcısı düşmənin hava hücumunu dəf etmək tapşırığını yerinə yetirirmiş ", - hərbçilər bildiriblər.


İlkin məlumatlara görə, pilot 3 hava hədəfini məhv edib və artıq təyyarə topundan istifadə edərək 4-cünü icra etmək üzrə imiş:


"Lakin təyyarənin göyərtəsində anormal vəziyyət yaranıb.  Pilot təyyarəni məskunlaşan ərazidən uzaqlaşdırıb və uğurla havaya atıb. Axtarış-xilasetmə qrupunun operativ işi sayəsində pilot tez bir zamanda tapılaraq təxliyyə edilib. Onun səhhətinin qənaətbəxş olduğu göstərilir".




Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 10:46