AZ   |   RU
Tramp administrasiyası ilk dəfə Ukraynaya silah satışını təsdiqləyib - KİV

ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqresə birbaşa kommersiya satışları vasitəsilə Ukraynaya müdafiə ixracına 50 milyon dollar icazə vermək niyyəti barədə məlumat verib. 


Missiya.Az xəbər verir ki, bu barədə “Kyiv Post” diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.


Bildirilib ki, bu, Trampın 100 gündən çox əvvəl Ağ Evə qayıtmasından sonra ilk dəfə baş verib. İndiyədək ABŞ administrasiyası Ukraynadakı müharibəni hərbi dəstəkdən çox diplomatik yollarla bitirməyi prioritet hesab edirdi.


Qeyd olunub ki, Ukraynaya 50 milyon dollarlıq silah satışı ABŞ Prezidentinə müdafiə malları və xidmətlərinin idxalı və ixracına nəzarət etmək səlahiyyəti verən Silah İxracına Nəzarət Qanununa əsasən Konqresə təqdim edilib. 


Müvafiq rəsmi bildiriş ABŞ Dövlət Departamentinin Qanunvericilik İşləri Müdirliyindən Konqresə daxil olub.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:22