Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məğul olmaqda təqsirləndirilən Elşad Quliyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Missiya.Az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Gəncə şəhər sakini E.Quliyev 2021-ci ilin iyul ayında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində sosial şəbəkələrdə onlayn yolla narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilinərək saxlanılıb.
Onun üzərindən və idarə etdiyi avtomobilin yük yerindən 22 bükümdə satış üçün hazır qablaşdırılan heroin, “patı” adlanan psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
E.Quliyev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığı və özünün də həmin narkotik vasitələri onlayn yolla satdığını bildirib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Quliyev tutularaq istintaqa cəlb olunub və barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.