AZ   |   RU
Gürcüstan Prezidenti Ermənistana gedir

Gürcüstan Prezidenti Mixail Kavelaşvili və onun rəhbərlik etdiyi nümayəndə heyəti İrəvana rəsmi səfər edəcək.


Missiya.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Kavelaşvilini Zvartnots beynəlxalq hava limanında Ermənistan baş nazirinin müavini Tiqran Xaçaturyan qarşılayacaq.


Səfər çərçivəsində Gürcüstan Prezidentini öz sarayında erməni həmkarı Vaaqn Xaçaturyan qəbul edəcək. 


İki ölkə prezidentləri arasında həm təkbətək, həm də geniş tərkibdə görüş planlaşdırılır, bundan sonra Kavelaşvili və Xaçaturyan media üçün birgə bəyanatlarla çıxış edəcəklər.


Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 11:36