Bazar ertəsi 2 İyun 2025 / 2:17:31
                    AZ   |   RU
İranda liman partlayışı nəticəsində ölənlərin sayı 46-ya çatıb

İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 46-ya çatıb.

Missiya.Az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

138 nəfər hələ də xəstəxanadadır və onlara yardım göstərilir.

Bundan əvvəl 40 nəfərin öldüyü, 1241-dən çox insanın yaralandığı bildirilirdi.

Qeyd edək ki, aprelin 26-da günorta saatlarında Şəhid Rəcai limanında güclü partlayış baş verib.



Zərintac Mayisqızı
Missiya.Az



  • 28-04-2025, 14:13