AZ   |   RU
BMT İsraili təşkilatın Fələstindəki işinə mane olmaqda ittiham edir

İsrail Fələstin ərazilərində Birləşmiş Millətlər Təşkilatı (BMT) əməkdaşlarının işinə mane olur.

Missiya.Az 
xəbər verir ki, bunu BMT baş katibinin müavini və təşkilatın hüquq departamentinin rəhbəri Elinor Hammarskjold bildirib.

O deyib ki, xüsusilə, bu, Birləşmiş Millətlər Təşkilatı və təşkilatın Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) əməkdaşları üçün vizaların verilməsində gecikmələrə və məhdudiyyətlərə aiddir.

Beynəlxalq Ədalət Məhkəməsində İsrailin işğal olunmuş Fələstin əraziləri qarşısında öhdəlikləri ilə bağlı dinləmələr zamanı Hammarskjold qeyd edib: "BMT əməkdaşlarına vizaların verilməsi prosesi getdikcə məhdudlaşdırılır və əngəllənir. UNRWA əməkdaşları hədəfə alınırlar".

Onun sözlərinə görə, İsrail hakimiyyəti fələstinli uşaqlar üçün qurulmuş UNRWA məktəblərinə “icazəsiz daxil olmağa” cəhd edib və məktəbləri bağlamaq qərarı verib.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsində İsrailin öhdəlikləri ilə bağlı dinləmələr keçirilir və mayın 2-dək davam edəcək. 



Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 14:04