AZ   |   RU
"Azərbaycanın Süni İntellekt Strategiyası ölkəni regionda liderə çevirəcək" - Sahib Məmmədov

 

Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası ölkənin regionda süni intellekt sahəsində liderlərdən birinə çevrilməsinə imkan verəcək.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sözügedən strategiya Azərbaycanın süni intellekt sahəsində inkişafını sürətləndirmək və ölkənin dünya süni intellekt ekosistemində əhəmiyyətli yer tutmasını təmin etmək üçün əsas sənədlərdən biridir.

S. Məmmədov qeyd edib ki, ekspertlərin proqnozlarına əsasən, yaxın illərdə süni intellekt əmək bazarında üstünlük təşkil edəcək:
“Təbii ki, texniki bacarıqları və müasir vərdişləri olmayan işçilər müəyyən çətinliklərlə qarşılaşa bilərlər. Buna görə də biz dəyişikliklərə hazır olmalıyıq. Hazırda ölkəmizdə bu çətinliklərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür, işçi qüvvəsinin müasir çağırışlara uyğunlaşdırılması və inklüziv məşğulluğun təmin olunması istiqamətində sistemli işlər həyata keçirilir”.




  • Bu gün, 11:15