AZ   |   RU
“Türkiyə Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir” - Ərdoğan

“Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi istiqamətində səylərimiz davam edir”.


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimində çıxış edən zaman deyib. 


O bildirib ki, Şərqi Aralıq dənizi və Egey dənizində sülh və sabitliyi qorumağı hədəfləyirik və qonşumuz Yunanıstanla müsbət atmosferi qorumağa çalışırıq.


“Biz Balkanlardakı prosesləri çox yaxından izləyirik və region ölkələri ilə əməkdaşlığımızı davam etdiririk. Mərkəzi Asiyanın qardaş respublikaları xarici siyasətimizdə öz xüsusi yerlərini hər keçən gün möhkəmləndirirlər. Son illər ölkəmizin gərgin səyləri ilə inteqrasiya istiqamətində mühüm addımlar atan Türk Dövlətləri Təşkilatı bu əməkdaşlığın möhkəmlənməsinə çox mühüm töhfələr verir. Biz son vaxtlar Kipr türk xalqının suveren bərabərliyini və bərabər beynəlxalq statusunu qeydə almaq üçün səylərimizi artırdıq. Adada ədalət bərqərar olana qədər bunu səbirlə davam etdirəcəyik”, - deyə Ərdoğan vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • 11-04-2025, 17:26