AZ   |   RU
Sərdar Kılıç Antalyada Rubinyan ilə görüşüb

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Sərdar Kılıç Antalyada Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyanla görüşüb.


Missiya.Az xəbər verir ki, bu barədə Rubinyan özünün “X” sosial media hesabında məlumat yayıb.


Bildirilib ki, görüş 4-cü Antalya Diplomatik Forumu çərçivəsində baş tutub.


Qeyd edək ki, 4-cü Antalya Diplomatik Forumunda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

 


Daşqın Həsənov
Missiya.Az



  • 11-04-2025, 15:15