AZ   |   RU
Tanınmış aktrisadan həbsdə olan tələbələr üçün çağırış


Tanınmış türkiyəli aktrisa Nebahat Çehre həbsdə olan tələbələr üçün çağırış edib.

Missiya.Az
xəbər verir ki, bu barədə sənətçi sosial media hesablarında açıqlama paylaşıb.

“Uşaqlarımı həbsdən çıxarın! Qəlbim də, ruhum da dözməkdə və anlamaqda çətinlik çəkir. Çox ümidi, həvəsi, sevgisi, eşqi olan gözəllər gözəli uşaqlarımız həbsdədilər, anaları-ataları yasa batıb. Bu ölkədə “sən”, “mən”, “o” yoxdur — böyük bir “biz” varıq. Rəngimiz bəzən boza çalsa da, biz türk millətiyik. Həmişə qırmızı-ağ bayrağımızın qarşısında şənlik tonqalları yandırdıq, yenə yandıracağıq. İstərdim ki, bir sənətkar olaraq, sənəti siyasətdən daha çox danışaq, təəssüf ki, çətindir, amma inancım həmişə var olub, var olacaq. Mən cümhuriyyət qadınıyam. Hamınız kimi, mən də qanımın son damlasına qədər demokratiya, hüquq və azadlığın yanında olacağam. Bir-birimizə qarşı empatiya qurduğumuz, anlayışın qəlbimizdən və ağlımızdan çıxmayacağı gözəl günlərdə görüşmək ümidi ilə. Qəlbim sizinlədir, gözəl uşaqlarım”, - deyə məşhur paylaşımında yazıb.

Məlumat üçün bildirək ki, qeyd olunan tələbələr Türkiyədə baş verən etiraz nümayişləri zamanı həbs ediliblər.



Zərintac Mayisqızı
Missiya.Az




  • 10-04-2025, 09:51