AZ   |   RU
Azərbaycan XİN Dominikan hökuməti və xalqına başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Dominikan hökumətinə və xalqına başsağlığı verib.


Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.


"Santo-Dominqoda onlarla insan həyatını itirməsinə və yaralanmasına səbəb olan binanın çökməsi ilə əlaqədar Dominikan hökumətinə və xalqına başsağlığı veririk. Bu faciəli hadisədə yaralanan hər kəsə şəfa diləyirik", - məlumatda qeyd olunub.


Qeyd edək ki, Dominikan Respublikasının paytaxtın Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində 124 nəfər həyatını itirib.



  • 9-04-2025, 20:14