AZ   |   RU
Fransa Ermənistanın Gorus şəhərində fəxri konsulluq açıb

Ermənistanın Sünik vilayətinin Gorus şəhərində Fransanın fəxri konsulluğu açılıb.


Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.


Bildirilib ki, tədbirdə Fransanın Ermənistandakı səfiri Olivye Dekottini, Gorus meri Aruş Aruşanyan, Sünik vilayətinin qubernatoru Robert Qukasyan və Fransanın fəxri konsulu Karmen Apunts ştirak ediblər.


Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot ötən həftə İrəvanda erməni həmkarı Ararat Mirzoyan ilə birgə mətbuat konfransı zamanı Fransanın Gorus şəhərində konsulluq agentliyi açacağını qeyd edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 2-06-2025, 14:29