
Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna pilotsuz təyyarələrinin Rusiya hərbi aerodromlarına hücumu əməliyyatının nəticələrinə dair müvafiq qurumların hesabatını dinlədiyini bildirib.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, Zelenski əməliyyatın parlaq nəticə verdiyini deyib:
"Ukraynanın müstəqil nəticəsi. Planlamanın başlanğıcından effektiv icraya qədər bir il, altı ay və doqquz gün. Bizim ən uzunmüddətli əməliyyatımız. Əlbəttə, indi hər şeyi deyə bilmərik, amma Ukraynanın bu hərəkətləri mütləq tarix kitablarında qalacaq. Ukrayna özünü müdafiə edir və tamamilə haqlıdır - biz hər şeyi edirik ki, Rusiya bu müharibəni bitirmək ehtiyacını hiss etsin".
Axşam xalqa müraciətində Zelenski əməliyyatın bəzi detallarını açıqlayıb. Onun sözlərinə görə, əməliyyata ümumilikdə 117 FPV pilotsuz uçan aparatı və eyni sayda pilotsuz təyyarə operatoru cəlb olunub.
"Ən maraqlısı - və bunu artıq açıq şəkildə demək olar - Rusiya ərazisindəki əməliyyatımızın "ofisi" onların bölgələrindən birində FSB Direktorluğunun düz yanında yerləşirdi",- deyə Zelenski Vurğulayıb.
Qeyd edək ki, “ hörümçək” adlanan əməliyyatı çərçivəsində Ukraynanın pilotsuz təyyarələri iyunun 1-də Ryazan vilayətindəki “Dyagilevo”, Murmansk vilayətindəki “Olenya”, İrkutsk vilayətindəki “Belaya” və İvanovo vilayətindəki “İvanovo” hərbi aerodromlarına hücum edib. Pilotsuz təyyarələr aviabazaların yaxınlığında magistral yolda dayanmış yük maşınlarından buraxılıb. Ümumilikdə Rusiya strateji aviasiyasının 41 təyyarəsi, o cümlədən A-50, Tu-95 və Tu-22 M3-ü məhv edilib.
Elcan
Missiya.Az