AZ   |   RU
Zelenski Litvaya səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski Litvaya səfər edib.


Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Sergey Nikiforov məlumat verib.


"Zelenski Vilnüsə NATO-nun şərq və şimal cinahlarının liderlərinin dəvət olunduğu Sammitdə iştirak etmək üçün yollanıb. Səfər çərçivəsində sammit iştirakçıları ilə ikitərəfli görüşlər də nəzərdə tutulub", - deyə o bildirib.


Məlumata görə, sammitdə NATO-nun baş katibi Mark Rutte də iştirak edəcək.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • 2-06-2025, 12:43