
Elə ixtisaslar var ki, onlar daha çox praktiki öyrənilməlidir, laboratoriya şəraiti tələb olunmur. Həmin peşələrin tədris müddətinin azaldılması ilə bağlı müzakirələr aparılır.
Təhsil eksperti Elçin Əfəndi Missiya.Az-a açıqlamasında deyib ki, əsasən İT yönümlü və bu kimi digər ixtisasların tədris müddəti 4 ildən 3 ilə endirilə bilər:
“Daha sonra ikinci ixtisas qrupuna aid - biznesin idarə edilməsi, maliyyə və s. ixtisaslarda qeyri ixtisas fənlərinin tədris səbəbindən təhsil 4 il çəkir. Tərəfdarı deyilik ki, tələbələr 3 il ala biləcəyi təhsili 4 ilə alsınlar. Qarşıdakı 5-6 il ərzində artıq sözügedən amili qəbul edəcəyik. Belə ki, ali təhsil müəssislərinin bəzi bakalavr pilləsində olan peşələrin müddəti 4 ildən 3 ilə endiriləcək. Nəticədə əmək bazarında ixtisaslı kadrların daha tez buraxılması və iş təminatını bir qədər yaxşılaşdıra bilərik. Tələbələr konkret olaraq öz ixtisaslarına və ixtisasları əhatə edən fənlərə yiyələnməlidir. Bunun müsbət tərəfləri çox olacaq. Dünyanın əksər ölkələrinə nəzərə salsaq, texnologiyanın sürətli inkişafı və müasir çağırışlar daha uzun müddətə yox qısa müddətə, praktiki əsaslarla nəsə öyrənməyə maraqlıdırlar. Biz də tədricən buna keçid etməliyik. Cənubi Koreya, Yaponiya, Sinqapurda artıq elə müəssisələr var ki, onlar minimum 6 ay, maksimum 1 il yarım müddətinə bəzi sahələrdə artıq kadr hazırlığını həyata keçirirlər”.

Zərintac Mayisqızı
Missiya.Az