AZ   |   RU
Azərbaycanda 26 siyasi partiyadan 25-i maliyyə hesabatını MSK-ya təqdim edib


Azərbaycanda dövlət qeydiyyatında olan 26 partiyadan 25-i 2024-cü il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.


Missiya.Az xəbər verir ki, müvafiq məlumat MSK-nın 


saytında yerləşdirilib.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası maliyyə hesabatını MSK-ya təqdim etməyib.




  • Dünən, 19:56