AZ   |   RU
Bəhreyn Krallığı Azərbaycan və Ermənistan arasında aparılan uğurlu danışıqları alqışlayır

Bəhreyn Krallığı Ermənistan və Azərbaycan arasında sülh sazişinin razılaşdırılması üzrə uğurlu diplomatik danışıqları alqışlayaraq, bu sazişin imzalanmasının iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə, bunun hər iki xalqa, eləcə də bütün Qafqaz xalqlarına rifah, firavanlıq və davamlı sülh gətirəcəyinə ümid etdiyini bildirib. 


Missiya.Az xəbər verir ki, bu barədə Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi məlumat yayıb.


Bəhreyn Xarici İşlər Nazirliyi Bəhreyn Krallığının regional və beynəlxalq mübahisələrin dialoq və sülh yolu ilə həlli, eləcə də daha təhlükəsiz, dinc və firavan dünya naminə beynəlxalq həmrəyliyin gücləndirilməsi səyləri ilə bağlı qəti və dəstəkləyici mövqeyini bir daha təkrarlayıb.


Qeyd edək ki, artıq bir çox ölkələr Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı razılaşmanı alqışlayıb və onun yaxın gələcəkdə imzalanacağına ümid etdiyini bildirib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:59