AZ   |   RU
Tramp Xameneinin barmağını atom bombasının düyməsinə basmasına icazə verməyəcək - Ağ Ev

“ABŞ Prezidenti Donald Trampın administrasiyası İranın Ali dini lideri Seyid Əli Xameneinin barmağını nüvə bombasının düyməsinə basmağa imkan verməyəcək”. 


Missiya.Az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib.


“İranın heç bir kontekstdə nüvə silahına çıxış əldə etməməsi üçün bütün variantlar masa üzərindədir. Buraya raket, silah və nüvə zənginləşdirməsi proqramları daxildir”, - deyə siyasətçi vurğulayıb. 


Vals İrana qarşı təzyiqin Yəməndə husilərə verdiyi dəstək və ya nüvə silahının mümkün inkişaf etdirilməsi ilə bağlı olduğunu istisna etməyib.



Daşqın Həsənov
Missiya.Az

 



  • Bu gün, 15:19