AZ   |   RU
İsveç Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyişi alqışlayır


İsveç Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayıb və tərəfləri razılaşmanı mümkün qədər tez imzalamağa çağırıb. 


Missiya.Az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi özünün “X” sosial media hesabında paylaşım edib.


"İsveç Ermənistan və Azərbaycanın sülh müqaviləsinin mətni üzrə razılıq əldə etməsi xəbərini alqışlayır və regionda davamlı sülh, sabitlik və rifaha töhfə vermək üçün onun tezliklə imzalanmasına çağırır”, - deyə vurğulanıb.


Qeyd edək ki, artıq bir çox ölkələr Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı razılaşmanı alqışlayıb və onun yaxın gələcəkdə imzalanacağına ümid etdiyini bildirib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 11:48