AZ   |   RU
Azərbaycan millisinin Haiti və Belarus yığmaları ilə oyunlarının təyinatları açıqlanıb


Azərbaycan milli komandasının martın 22-də Haiti və 25-də Belarus yığmaları ilə keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları müəyyənləşib.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə baş tutacaq görüşü Türkiyədən, “Bank Respublika Arena”da Belarusla təşkil olunacaq qarşılaşmanı isə Gürüstandan olan baş hakim idarə edəcək.


Hər iki matç saat 21:45-də başlayacaq.


22 mart


21:45. Azərbaycan - Haiti


Hakimlər: Kadir Sağlam, Dəniz Caner Ozaral, Anıl Usta (hamısı Türkiyə), Fərid Hacıyev (Azərbaycan).


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 


25 mart


21:45. Azərbaycan - Belarus


Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisoniya (hamısı Gürcüstan), Tural Qurbanov (Azərbaycan).


“Bank Respublika Arena”




  • Bu gün, 14:48